UNEC Türk Dünyası İqtisad fakültəsi və Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikahlar və məişət zorakılığının qarşısının alınması” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Cavahirxanım Məmmədova dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizdə də məişət zorakılıqlarının bir problem olaraq qaldığını və onun bütövlükdə cəmiyyət üçün təhlükəli olduğunu qeyd edib.
Sonra mərkəzin psixoloqu Mərziyə Əzməmmədova tələbələrə mövzunun əhəmiyyətindən, erkən nikahın səbəbləri və gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışıb.
Sonda mövzu ətrafında tələbələrin sualları cavablandırılıb.