A

UNEC-də Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və UNEC Tələbə Gənclər Təşkilatının (TGT) tərəfdaşlığı ilə "İntellektual Klubların V Gənclər Liqası" intellektual yarışı baş tutub.

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan V Gənclər liqasının əsas məqsədi intellektual oyunların gənclər arasında təbliği, onların asudə vaxtlarının faydalı təşkili, region gənclərinin şəbəkələşməsi, intellektual potensialı olan gənclərin aşkara çıxarılması, gənclərin ekoloji maarifləndirmə biliklərinin daha da artırılmasıdır.

100-ə yaxın komandanın mübarizə apardığı yarışda ən yaxşı nəticə göstərmiş 19 komanda Böyük finala vəsiqə qazanıb.

Böyük finala vəsiqə qazanan komandalar sırasında UNEC-in Türk Dünyası İqtisad fakültəsinin 6 komandası, THİK-in nəzdində fəaliyyət göstərən "İqtisadçı İntellektual Klubu" nun komandaları da var.

Qeyd edək ki, böyük final 13-14 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək.

TOP XƏBƏRLƏR