A

UNEC-in Təcrübənin təşkili şöbəsinin təşkilatçılığı ilə Biznes və menecment, Rus İqtisad Məktəbinin tələbələri ilə “Azərsun Holdinq”in əməkdaşları görüş keçirib.

Görüşdə “Azərsun Holdinq”in baş mütəxəsisi Jalə Ağayeva və brend menecer Qızxanım İsmayılova tələbələrə təcrübə proqramları və karyera imkanları haqqında məlumat verib.  Sonra "Marketinq və məhsulun satışa hazırlanması", "Rəqəmsal marketinq və növləri" mövzularında təqdimatlarla çıxış ediblər.

Sonda şirkətin “Təmizlik məhsullari marketinq” departamentinin müdiri Merve Seza Çanakçı "Bazarda yeni bir marka yaratma addımları" mövzusunda təqdimat edərək, tələbələri maraqlandıran sualları cavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay