UNEC Elmi fəaliyyətin təşkili və idarə edilməsi Departamenti və Rus İqtisad Məktbinin “Tətbiqi iqtisadiyyat” kafedrasının birgə təşkilatçılığı ilə Marketinq ixtisası üzrə təhsil alan tələbələr üçün, “Biznes, elm və təhsil üçün neyron şəbəkələri” adlı seminar keçirilib.
Seminarda Sankt-Peterburq Dövlət İqtisad Universitetinin professoru, Rusiya Federasiyasının əməkdar elm xadimi və əməkdar iqtisadçısı, i.e.d. Q.L.Bagiyev və brendinq sahəsində tədqiqatçı A.A. Veretenon neyroşəbəkələrin elm, biznes və təhsil üçün aktuallığı vurğulayaraq, neyron şəbəkələrindən uğurlu istifadə nümunələrini və neyron şəbəkələrinin öyrənilməsinin haradan başlanması yollarını tələbələrə ətraflı izah ediblər.
Sonda spikerlər dinləyiciləri maraqlandıran sualları cavablandırıb.