A

UNEC-in Mühəndislik fakültəsində professor-müəllim heyəti və tələbələrin iştirakı ilə 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov ölkədə 20 Yanvar faciəsinin baş verdiyi dövrdə ictimai-siyasi vəziyyətin, Azərbaycan xalqının sovet imperiyasına qarşı azadlıq mübarizəsində keçdiyi  şanlı yolun qısa şərhini verib. O, həmin faciə baş verdiyi zamanlarda Ulu Öndər Heydər Əliyevin həyatını təhlükəyə qoyaraq, öz xalqının yanında olduğunu, bu faciənin əsl miqyasını bütün dünyaya çatdırmaq üçün nəhəng işlər gördüyünü bildirib.

Sonra “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri Tural Nağıyev, professor Rəna Babayeva, dosent Azər Məmmədov, tələbə Elmir Bağırzadə hadisə ilə bağlı çıxış edərək, həmin qanlı terrorun dünya ictimaiyyətinə çatdırılmasa ilə bağlı fikirlərini bölüşüblər. Bu faciənin müstəqillik və azadlığın əldə olunmasında böyük əhəmiyyətini diqqətə çatdırıblar.

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

TOP XƏBƏRLƏR