UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə ISE-nin direktoru dos.İnarə Rzayeva iştirakçılara 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki əhəmiyyəti barədə geniş məlumat verərək, bildirib ki, bu hadisə Azərbaycan xalqının azadlıq mübarizəsinin simvoluna çevrildiyinin göstəricisidir.
Sonra fakültənin tyutorları Aygün Məmmədova, Nərminə Mirsalayeva tədbirdə təqdimatla çıxış edərək, Azərbaycanda milli azadlıq hərəkatının daha da güclənməsinə və müstəqil dövlətin qurulmasına yol açdığını vurğulayıblar. Həmçinin 20 Yanvar hadisəsinin tarixi, səbəbləri və nəticələri barədə ətraflı məlumat verərək, həmin qanlı gecənin xalqımızın milli iradəsini qırmadığını, əksinə, azadlıq uğrunda mübarizənin daha da artdığını qeyd ediblər.
Tədbir bədii hissə ilə davam edib.