A

İqtisadiyyat və idarəetmə fakültəsində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültə dekanı dos. Elçin Eyvazov tədbirin açılışında çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun qoşunlarının Bakı və ətraf rayonlara qanunsuz yeridilməsi nəticəsində 131 nəfər günahsız və əliyalın insanın öldürüldüyünü, 744 nəfərin yaralandığını, onlarla insanı itkin düşdüyünü bildirib. Lakin bu qətliamın Azərbaycan xalqının azadlıq istəyini boğa bilmədiyini, əksinə, bütün dünyada yaşayan azərbaycanlıları daha da sıx birləşdirdiyini diqqətə çatdırıb. O, faciənin səhərisi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli lider Heydər Əliyev bu vəhşiliyi kəskin şəkildə pislədiyini, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa qarşı zidd aksiya və çinayət adlandırdığını deyib.

Sonra “Humanitar fənlər” kafedrasının dosenti R.Qurbanov 20 yanvarla bağlı geniş təqdimatla çıxış edib. Dosentlər Qəhrəman Bayramov, Xankişi Xankişiyev, Fərhad Eminov və Alina Əliyeva çıxış edərək, hadisələri təhlil ediblər, qanlı faciə ilə bağlı xatirələrini seminar iştirakçıları ilə bölüşüblər.

TOP XƏBƏRLƏR