A

UNEC-in Təcrübənin təşkili şöbəsinin və Tələbə-rektorun birgə təşkilatçılığı ilə istehsalat təcrübəsinə hazırlıqla bağlı tələbələrlə görüşlər keçirilib.

Görüşlərin keçirilməsində əsas məqsəd tələbələri istehsalat təcrübəsi ilə bağlı qəbul edilmiş yeni qaydalarla tanış etmək, onları istehsalat təcrübəsi prosesinə hazırlamaq və onların suallarını cavablandırmaq olub.

Təcrübənin təşkili şöbəsinin müdiri fəls.f.d Leyla Nəzirzadə sonuncu kurs tələbələrini istehsalat təcrübəsinə dair yeni qaydalarla tanış edib. Onlara təcrübə müddətində tələbələrin riayət etməli olduğu tələblər, hesabat hazırlama prosedurları, iş yerlərindəki vəzifə öhdəlikləri və mentor dəstəyi ilə bağlı məlumatlar təqdim edib.

İnteraktiv şəkildə təşkil olunan görüşlərdə tələbələrin sualları cavablandırılıb. Təcrübənin təşkilində daha yaxşı nəticələr əldə etmək üçün tələbələrə faydalı tövsiyələr verilib. Eyni zamanda, ixtisas rəhbərləri və Təcrübənin təşkili şöbəsinin əməkdaşları tələbələri maraqlandıran mövzularla bağlı konkret nümunələr üzərində izahatlar veriblər. 

TOP XƏBƏRLƏR