UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) tələbələrinin iştirakı ilə “Xocalı soyqırımı”nın 33-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ISE-nin direktoru dosent İnarə Rzayeva təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında tələbələrə məlumat verib. O, bu hadisə nəticəsində 613 nəfər dinc azərbaycanlının, o cümlədən 63-ü uşaq, 106 nəfəri qadın olmaqla öldürülməsindən, 8 ailənin bütünlüklə məhv edilməsindən, 1275 nəfərin isə girov götürülməsindən danışıb və günahkarların cəzalandırılması, bu faciəyə əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymətin verilməsinin zəruriliyindən bəhs edib.
Sonra İSE-nin III kurs tələbələri Rövşən Məmmədli və Şəhla Xankişiyeva mövzu ətrafında təqdimatla çıxış ediblər.
Sonda Xocalı faciəsindən bəhs edilən sənədli film nümayiş olunub.