Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Dizayn Məktəbində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC Dizayn Məktəbinin direktoru dos.Lalə Məmmədova bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində soyqırım siyasətini sübut edən Xocalı soyqırımı haqqında məlumat verib. O, xocalıların ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən, Xocalı uğrunda döyüşən igid oğulların qəhrəmanlığından danışıb.
Dizayn kafedrasının müdiri dos.Elfanə Qasımova Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun əzmi nəticəsində 44 günlük Vətən Müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatmasından, 30 ildən sonra işğal altında qalmış torpaqlarımızın azadlığına nail olan xalqımızın illər ərzində mübarizə əzminin qırılmadığından bəhs edib.
Sonda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub.