A

UNEC-in 95 illik yubileyi ilə bağlı tədbirlər planına uyğun olaraq Biznes və menecment fakültəsinin müəllim və THİK İdarə heyəti 95 illik yubileyə 95 xeyirxah iş aksiyası ilə əlaqədar Biləcəri qəsəbəsində yerləşən Qadın və Uşaq sığınacağına ziyarət ediblər.

"Biznes və logistika" kafedrasının dosenti Pikəxanım Xudiyevanın rəhbərliyi altında təşkil olunmuş ziyarət zamanı fakültənin müəllimləri və tələbələri sığınacaqda yaşayan uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər, eyni zamanda onlar üçün əyləncəli proqram təşkil olunub.  

Proqramda uşaqlar üçün müxtəlif oyunlar, musiqi və rəqs fəaliyyətləri yer alıb, onların sevinc dolu anlar yaşamasına səbəb olub.

TOP XƏBƏRLƏR