UNEC-də AİESEC təşkilatı tərəfindən tələbələr üçün məlumatlandırıcı görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC-in Tələbə rektoru Nihad İsgəndərov, tələbələrə təşkilatın fəaliyyət istiqamətləri və məqsədi barədə qısa məlumat verib.
Görüş zamanı AİESEC-in tarixi, müxtəlif proqramları – Global Volunteer, Global Talent, Global Teacher və AİESEC Member haqqında ətraflı məlumat təqdim olunub. Tələbələrə bu layihələrdə iştirak etməyin qazandırdığı imkanlar və təşkilat tərəfindən verilən dəstəklərdən də bəhs olunub.
Bundan əlavə, AİESEC-in qlobal layihələrində iştirak etmiş UNEC tələbə və məzunları da çıxış edərək, təcrübə və təəssüratlarını iştirakçılarla bölüşüblər.