ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyinin (AAA) təşkilatçılığı, Birbank-ın sponsorluğu ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin tələbələrini bir araya gətirən 21-ci Azərbaycan Biznes Keys Yarışmasında (ABCC) UNEC-in tələbələri böyük uğura imza atıblar.
Belə ki gənclərin maliyyə, marketinq, hesabat, texnologiya və idarəetmə sahələrində praktiki bacarıqlarını inkişaf etdirmək, karyera imkanlarını genişləndirmək fürsəti də qazanmaq məqsədi ilə keçirilən yarışmada UNEC-in 3 komandası II, III, IV yerlərin sahibi olub.
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri Ləman Rzayeva və Ramil Orucov və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) tələbələri Murad Məsimov və Pərvin Muradlıdan ibarət komanda ABCC yarışmasında II yeri qazanaraq, 4000 AZN pul mükafatına layiq görülüb.
ISE-nin tələbələri Günay Şamilzadə, Yasəmən Nəsibova, Ramin Baxşəliyev və Kamran Mustafayevdən ibarət komanda isə III yerə yiyələnərək, 2000 AZN pul mükafatını qazanıb.
Həmçinin ISE-nin tələblərindən Bəsirə Cəfərova, Ayxan Nəsurullayev, Nicat Hacızadə və İlahə Quliyevadan ibarət komanda finalda iştirak edərək, IV yerə layiq görülüb.