A

UNEC Karyera Mərkəzinin dəstəyi ilə III “Maarifçi” tələbə-məzun təcrübə proqramına dair maarifləndirici tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Müşrəvan Əliyev , Karyera Mərkəzinin əməkdaşı Səbuhi İmanov, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin əməkdaşı Nurlan Əsədzadə iştirak edib.

İnfosessiya zamanı I "Maarifçi" tələbə - məzun təcrübə proqramının iştirakçısı olan və hazırda Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin əməkdaşı olaraq fəaliyyətini davam etdirən Nurlan Əsədzadə qeydiyyat prosesi və proqram haqqında tələbələrə ətraflı  məlumat verib. Həmçinin şəxsi təcrübələrini tələbələrlə bölüşüb.

Sonda tələbələri maraqlandıransuallar cavablandırılıb.

TOP XƏBƏRLƏR