UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində “Sağlam həyat tərzi: Sağlamlığın sirlərini kəşf edin” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Ramal Cabbarov sağlam həyat tərzinin əhəmiyyətini vurğulayıb. O, sağlamlığın yalnız fiziki deyil, eyni zamanda psixoloji və emosional rifahın təmin edilməsində də mühüm rol oynadığını qeyd edib.
Tədbirin əsas məruzəçisi UNEC İdman Klubunun inzibatçısı, Gənclik Tələbə Cəmiyyətinin Respublika şurasının üzvü Mustafa Talıbov olub. O, tələbələrlə sağlam həyat tərzinin əsas prinsiplərini bölüşərək, gündəlik həyatda tətbiq oluna biləcək praktiki vərdişlərə diqqət çəkib. M.Talıbov sağlam həyatın yalnız nəzəri biliklərlə deyil, eyni zamanda davamlı və düzgün həyat tərzi ilə formalaşdığını vurğulayıb.