A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin (DMA) yeni layihəsi olan “Əmək Bazarına Hazırlıq İndeksi”nin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və UNEC İmtahan Mərkəzinin direktoru Tahir Bədəlov açaraq, ölkəmizdə ilk dəfə tətbiq olunan və tələbələrin çoxşaxəli bacarıqlarını qiymətləndirməyə yönələn “Əmək Bazarına Hazırlıq İndeksi”nin əhəmiyyətini vurğulayıblar, layihənin əsas məqsədinin tələbələrin əmək bazarında rəqabət qabiliyyətinə təsir edən fərdi göstəriciləri ölçmək, səriştələrarası balansı qiymətləndirmək, tələbələrin fərdi inkişafına yönəlik sistemli yanaşmanı formalaşdırmaqdan ibarət olduğunu qeyd ediblər.

Agentliyin Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı təqdimatla çıxış edərək “Əmək Bazarına Hazırlıq İndeksi” layihəsinin 10-dan artıq nüfuzlu beynəlxalq universitetin təcrübəsi əsasında hazırlandığını və əmək bazarında dəyişikliklərə uyğunlaşma baxımından mühüm yenilik olduğunu bildirib, layihənin strukturu, əsas məqsədi, ölçü meyarları və nəzəri istinadları haqqında ətraflı məlumat verib, layihə çərçivəsində qeyri-akademik fəaliyyətləri təhlil edilən tələbələrin nəticələrinə əsasən onlara fərdi inkişaf istiqamətində tövsiyələr veriləcəyini bildirib.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay