A

Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.

Tədbirdə fakültənin dekan müavini Cavahirxanım Məmmədova, “İqtisadiyyat və İşlətmə” kafedrasının baş müəllimi Nəriman Xanəhmədov, fakültə tələbələri və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin əməkdaşı Ləman Bayramova iştirak ediblər.

Tədbirdə çıxış edən Ləman Bayramova insan hüquq və azadlıqlarının qorunmasının ölkə üzrə prioritet dövlət siyasəti olduğunu vurğulamış, bu istiqamətdə həyata keçirilən qanunvericilik islahatları və maarifləndirici tədbirlər haqqında geniş məlumat verib. O, qeyd etmişdir ki, insan hüquqlarının müdafiəsi yalnız hüquqi mexanizmlərlə deyil, həm də ictimai şüurun formalaşdırılması ilə həyata keçirilməlidir.

Sonda tədbir iştirakçıları insan hüquqları sahəsində mövcud vəziyyət, perspektivlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparıblar.

TOP XƏBƏRLƏR