A

UNEC Könüllüləri Tələbə Təşkilatı, UNEC İnklüziv Təhsil Mərkəzi, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi və “Ümid var” İnklüziv Yaradıcılıq Qrupunun birgə təşkilatçılığı ilə “Fərqli fərdlər” himninin təqdimatı baş tutub.

Tədbirdə UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova, UNEC Tələbə Həmkarlar Təşkilatının sədr müavini Günay Ağazadə və digər qonaqlar çıxış ediblər. Onlar bu cür layihələrin cəmiyyətin inklüzivliyə doğru inkişafında mühüm rol oynadığını bildiriblər.

Himnin musiqisi bəstəkar Tural Məmmədliyə, sözləri isə Leyla Quliyevaya məxsusdur. Himni Azərbaycanın xalq artisti Alim Qasımov, əməkdar artist Fərqanə Qasımova və 14 nəfərlik inklüziv uşaq xoru ifa edib. Xorun tərkibində həm müxtəlif fiziki və ya psixoloji çətinlikləri olan uşaqlar, həm də tipik inkişaflı uşaqlar yer alıb.

UNEC müəllim və tələbələri tədbirdə fəal iştirak ediblər.

TOP XƏBƏRLƏR