A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində fakültənin dekan müavini Ramal Cabbarov və akademik məsləhətçi Vüsalə Rəhimovanın təşəbbüsü ilə tələbələr üçün gender bərabərliyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi cəmiyyətdə və xüsusilə rəqəmsal iqtisadiyyat sahəsində gender bərabərliyinin təşviq edilməsi, qadınların və kişilərin bərabər hüquq və imkanlara malik olmalarının vacibliyinə diqqət çəkmək olub. Tədbir zamanı iş həyatında, təhsil prosesində və gündəlik sosial mühitdə qadın və kişilərin qarşılaşdıqları çətinliklər müzakirə olunub, bu çətinliklərin aradan qaldırılması istiqamətində aparılan işlər və perspektivlər iştirakçıların nəzərinə çatdırılıb.

Görüş çərçivəsində müasir rəqəmsal iqtisadiyyat mühitində gender bərabərliyinin rolu, bu sahədə həyata keçirilmiş uğurlu təşəbbüslər və qarşıya qoyulan hədəflər barədə geniş fikir mübadiləsi aparılıb. 

Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay