A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) 28 May – Müstəqillik Gününə həsr olunan seminar keçirilib.

Tədbirdə fakültənin dekan müavini Cavahirxanım Məmmədova, “İqtisadiyyat və İdarəetmə” kafedrasının baş müəllimi Nəriman Xanəhmədov, eləcə də fakültə tələbələri iştirak ediblər.

Seminarda çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, onun milli dövlətçilik ənənələrinin əsasını qoyması və müasir müstəqil Azərbaycanın formalaşmasında oynadığı roldan bəhs ediblər.

Tədbirin əsas məqsədi gənclər arasında milli şüurun artırılması, tariximizə dərin bağlılıq hissinin formalaşdırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə vermək olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay