UNEC Dizayn Məktəbi Məzun Assosiasiyasının təşkilatçılığı ilə professor-müəllim heyətinin və “Dizayn” ixtisası üzrə məzunların iştirakı ilə növbəti görüş keçirilib.
Tədbirin qonağı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təsviri sənət və dizayn” dərnəyinin rəhbəri, rəssam-dizayner Fidan Hüseynli olub.
Tədbiri Assosiasiyanın koordinatoru dosent Yeganə Ağamalıyeva açaraq qonaq haqqında məlumat verib və onun uğurlu fəaliyyət yolunu iştirakçılarla bölüşüb.
Fidan Hüseynli rəssam və müəllim kimi təcrübələrindən danışaraq, uşaqların yaradıcılıq potensialının üzə çıxarılması, onların fərdi üslubunun formalaşdırılması və beynəlxalq tədbirlərdə uğurlu iştirakı barədə geniş məlumat verib.
Görüşün sonunda “Dizayn” kafedrasının baş müəllimi Gülçöhrə Salehzadə çıxış edərək məzuna uğurlar arzulayıb və onun gələcək fəaliyyəti ilə bağlı dəyərli tövsiyələr verib.