A

UNEC-in nəzdində fəaliyyət göstərən Sosial-İqtisadi Kollecdə “Böyük yolun başlanğıcı” adlı Məzun Günü keçirilib

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib,Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi ehtiramla yad edilib.

Açılış nitqi ilə çıxış edən UNEC nəzdində Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov kollecin həyatında önəmli hadisələrdən olan Məzun Günü münasibətilə kollecin üzvlərini, xüsusilə də günün səbəbkarlarını təbrik edib.

Sabunçu Gənclər evinin direktoru Kamil Yaqubov çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən danışaraq UNEC nəzdində Sosial-İqtisadi Kollecin məzunlarının peşəkar mütəxəssis,cəmiyyətimiz və vətənimiz üçün uğurlu insan olacağına əmin olduğunu qeyd edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universtetinin nəzdində Bakı Neft-Energetika Kollecinin direktoru Ata Babayev və Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor əvəzi Əlağa Kərimov məzunlara dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumağı, doğma Azərbaycanımızın daha da inkişaf etməsi və güclənməsi üçün əzmlə,ləyaqətlə,fədakarlıqla çalışmağı tövsiyə edib və onlara bu vacib, şərəfli yolda uğurlar arzulayıblar.

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam edib. Kollecin məzun tələbələrin təqdimatında müxtəlif mahnılar və rəqslər ifa olunub, şeirlər səsləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay