Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Sabah quruplarında Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə müəllim Həsənova Şəbnəm Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində siyasi-ictimai sabitlik bərpa olunub, vətəndaş müharibəsinin qarşısı alınıb. Bildirib ki, bu tarixi gün, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin xilası günüdür.
Sonda Milli Qurtuluş Gününə həsr olunmuş nümayiş olunub.