A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Əqli mülkiyyət hüququ” mövzusuna həsr olunmuş elmi-praktik seminar təşkil olunub.

Seminarın məqsədi tələbələrə əqli mülkiyyətin mahiyyəti, hüquqi əsasları və onun iqtisadi əhəmiyyəti barədə maarifləndirmək olub.

Seminarda "İqtisadiyyat" kafedrasının baş müəllimi İbadova Aytən çıxış edərək, əqli mülkiyyətin müəllif hüququnu qoruyan əsas hüquq sahələrindən biri olduğunu qeyd edib.

Aytən İbadova həmçinin müəlliflik və əlaqəli hüquqların pozulması hallarına görə mövcud hüquqi məsuliyyət mexanizmlərindən geniş şəkildə bəhs edib. O, bu sahədə hüquq pozuntularının qarşısının alınması və əqli mülkiyyətin qorunmasının cəmiyyət və iqtisadiyyat üçün əhəmiyyətini vurğulayıb.

Sonda tələbələrin mövzu ətrafinda sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR