A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) kollektivi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Anım tədbirində Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, dosent İnara Rzayeva çıxış edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş  qəhrəman şəhidlərimizin  xalqımızın yaddaşında əbədi yaşayacağını, onların şücaətinin isə gələcək nəsillərə örnək olduğunu vurğulayıb.

Tədbirdə Vətən müharibəsi iştirakçısı, ISE məzunu Kamran Əzimov da iştirak edib. O, çıxışında döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşərək, şəhid silahdaşlarını dərin hörmət və ehtiramla yad edib.

Sonra iştirakçılar UNEC-in 44 günlük Vətən müharibəsi və Aprel döyüşlərində şəhid olmuş 47 məzun və tələbəsinin xatirəsinə ucaldılmış Memorial-Xatirə Kompleksini ziyarət ediblər. Abidə kompleksinin önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

TOP XƏBƏRLƏR