UNEC-in Biznes və menecment fakültəsində məzunların peşə bacarıqlarının əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsi məqsədilə sənaye və universitetlər arasında əməkdaşlıq təcrübəsinin öyrənilməsinə həsr olunmuş seminar keçirilib.
Tədbir “A.Plus Audit” MMC-nin direktoru Azər Əliyevin iştirakı ilə baş tutub. Seminarın əsas məqsədi məzunların peşə bacarıqlarının əmək bazarının cari tələblərinə uyğunlaşdırılması və universitet–sənaye əməkdaşlığının gücləndirilməsi olub.
Çıxış edən “Biznes və logistika” kafedrasının müdiri, dosent Məhəmməd Əliyev əmək bazarının mövcud tələbləri, məzunların peşə bacarıqlarının inkişaf istiqamətləri və universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlığın səmərəli formaları barədə məlumat verib.
Seminarda təcrübə proqramlarının təşkili, tələbələrin praktik bacarıqlarının artırılması və sənaye–universitet əlaqələrinin effektiv modelləri müzakirə olunub.