Bakı Dövlət Universitetinin Debat Klubunun təşkilatçılığı ilə “Cavanlığım” adlı açıq turnir keçirilib.
Turnirdə Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 35-dən çox komanda iştirak edib.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən UNEC Debat Klubu azərbaycan bölməsi üzrə yarışda uğur qazanıb. Belə ki, UNEC-i təmsil edən “Felix Felices” komandası (Kənan Tağıyev, Raul Rəhimov, Firuzə Teymurova) final mərhələsinədək irəliləyərək turnirin çempionu olub.
Rus bölməsi üzrə isə UNEC-i “Too Big To Fail” komandası (Cahid Abbasov, Ülvi Rəhimli, Elmira Kazımova) təmsil edib. Komanda final mərhələsinədək irəliyərək yüksək nəticə göstərib.
Fərdi nailiyyətlər:
- Azərbaycan bölməsi üzrə ən yaxşı natiqlər:
-15-ci yer – Kənan Tağıyev
- 8-ci yer – Firuzə Teymurova
- Rus bölməsi üzrə ən yaxşı natiqlər:
-9-cu yer – Nihad Cavadlı
-7-ci yer – Cahid Abbasov
-3-cü yer – Ülvi Rəhimli
- Rus bölməsi üzrə ən yaxşı hakim:
- Xumar Zeynalova
Qalibləri tədbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik.