A

Maliyyə və mühasibat fakültəsində 27 Sentyabr – Anım Gününün beşinci ildönümü münasibətilə Vətən müharibəsinin iştirakçısı, fakültənin “Mühasibat uçotu və audit” ixtisası üzrə 2017-ci il məzunu Kənan Hüseynzadə ilə tələbələrin görüşü keçirilib.

Tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Hafis Hacıyev açaraq, 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən genişmiqyaslı hərbi təxribatın qarşılığında düşmənin həmlələrini dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin liderliyində bütün cəbhə boyu əks-hücuma keçən qəhrəman hərbçilərimizin Ermənistan silahlı qüvvələrini darmadağın etdiyini və nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə həll etdiyini bildirib. Bu zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək bizə Zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərimizin yaddaşlarda əbədi yaşayacağını və xatirələrinin daima əziz tutulacağını qeyd edib.

Vətən müharibəsinin iştirakçısı Kənan Hüseynzadə “Azərbaycan əsgəri – qürur mənbəyimiz” mövzusunda çıxış edərək müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi zamanı yenilməz Azərbaycan ordusunun zabit və əsgərlərinin şücaətindən və qəhrəmanlıqlarından danışıb və keçdiyi döyüş yolu ilə bağlı xatirələrini bölüşüb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR