UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının əməkdaşları tərəfindən tələbələr üçün məlumatlandırma sessiyası keçirilib.
Tədbir çərçivəsində Mərkəzi Bankın İnsan resursları departamentinin nümayəndələri çıxış edərək qurumun fəaliyyəti, missiyası və strateji prioritetləri barədə təqdimatla çıxış ediblər. Bildirilib ki, bank insan kapitalının inkişafına xüsusi önəm verir və bu istiqamətdə müxtəlif layihələr həyata keçirir.
Sessiya zamanı tələbələrə Mərkəzi Bankın “Maliyyəçisən” adlı təcrübə proqramı haqqında ətraflı məlumat verilib. Proqrama qəbul mərhələləri, seçim meyarları, eləcə də iştirakçılar üçün yaradılan karyera imkanları və peşəkar inkişaf perspektivləri diqqətə çatdırılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.