A

UNEC-in Türk Dünyası İqtisad fakültəsində (TUDİFAK) “Korrupsiyaya qarşı mübarizə” və “Hüquq və azadlıqların müdafiəsi” mövzularını əhatə edən seminar keçirilib.

Seminarda Konstitusiya Məhkəməsinin əməkdaşı, hüquq üzrə fəlsəfə doktoru Ləman Bayramova təqdimatla çıxış edərək, korrupsiyaya qarşı mübarizə sahəsində mövcud qanunvericilik, hüquqi mexanizmlər və bu sahədə görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. O, həmçinin vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində dövlətin həyata keçirdiyi islahatlardan da bəhs edib.

Tədbirdə TUDİFAK-ın dekan müavini Cavahirxanım Məmmədova və “İqtisadiyyat və idarəetmə” kafedrasının baş müəllimi Nəriman Xanəhmədov mövzu ətrafında fikirlərini bildirib, müzakirələr aparıblar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb

TOP XƏBƏRLƏR