UNEC-də Türkiyə İstanbul Universitetinin tədqiqatçısı, psixoterapevt Dr. Lalə Allahverdiyevanın iştirakı ilə tələbələr üçün “Çoxlu şəxsiyyət pozuntusu” mövzusunda praktik seminar keçirilib.
Tədbirdə UNEC “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müdiri, dos. Rəşad Məhərrəmov çıxış edərək, seminarın tələbələrin zehin və düşüncə ilə bağlı olan biliklərinin dərinləşdirilməsində əhəmiyyətini vurğulayıb.
Rəşad Məhərrəmov qeyd edib ki, insan zehninin dərinliklərini anlamaq və onun müxtəlif davranış formalarının elmi izahını tapmaq olduqca mürəkkəb bir prosesdir. İqtisadiyyat və idarəetmə sahəsində təhsil alan tələbələrə, empatiya, anlayış və mərhəmət hissinin çalışma sahəsindən asılı olmayaraq hər bir mütəxəssis üçün əsas alət olması diqqətə çatdırılıb.
Sonra Dr. Lalə Allahverdiyeva insan zehninin çoxşaxəli təbiətindən, çoxlu şəxsiyyət pozuntusunun yaranma səbəbləri, klinik əlamətləri və psixoterapevtik yanaşmaları barədə ətraflı məlumat verib. O, real klinik təcrübələrdən nümunələr gətirərək psixoloji müdaxilələrin praktiki tərəflərinə toxunub.
Seminar interaktiv müzakirə şəklində keçib, tələbələrin sualları cavablandırılıb.