A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin şəhid məzunu Süleyman Qarayevin şəhadətinin beşinci ildönümü qeyd edilib.

Bu münasibətlə Sabirabad rayonunun Qalaqayın kəndində yerləşən Ə.Qurbanov adına tam orta məktəbdə anım mərasimi keçirilib. Tədbirdən əvvəl UNEC nümayəndələri, şəhidin ailə üzvləri və tədbir iştirakçıları Süleyman Qarayevin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə şəhidin ailə üzvləri, məktəb kollektivi, digər şəhid ailələrinin üzvləri, UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev və fakültənin fəal tələbələri iştirak ediblər.

Çıxış edənlər Süleyman Qarayevin vətənpərvərliyindən, döyüş cəsarətindən və qəhrəmanlıq yolundan danışıblar. Bildirilib ki, onun kimi igidlər Azərbaycan gəncliyi üçün əsl örnəkdir və daim xalqımızın yaddaşında yaşayacaqlar.

Tədbir çərçivəsində məktəblilərin və tələbələrin ifasında bədii kompozisiyalar, şeirlər və vətənpərvərlik ruhunda musiqilər təqdim olunub.

Sonda şəhid Süleyman Qarayevin həyat və döyüş yolunu əks etdirən videoçarx  nümayiş olunub.

TOP XƏBƏRLƏR