UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən UNEC Debat Klubunun təşkilatçılığı ilə tələbələr arasında Şou-Debat keçirilib.
Şou-Debatın əsas məqsədi gənclərin intellektual və sosial bacarıqlarını ictimai maarifləndirmə və əyləncə vasitəsilə inkişaf etdirmək olub. Tədbir iştirakçılara debat mədəniyyəti, düzgün fikir mübadiləsi və komanda işinin əhəmiyyəti barədə praktiki biliklər qazandırıb.
Tədbirdə "Monopoliya" və "Radius" komandaları iştirak edərək debatın əsas qaydalarını yeni spikerlərə nümayiş etdiriblər. Maraqlı çıxışlar və aktual mövzular ətrafında aparılan diskussiya auditoriyanın marağına səbəb olub.
Sonda qalib komanda auditoriyanın səsverməsi ilə müəyyən edilib.