UNEC-in Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) su ehtiyatlarının qorunması və ekoloji maarifləndirmənin artırılması məqsədilə “Su ehtiyatlarından səmərəli istifadə edək” mövzusunda seminar keçirilib.
Tədbirdə fakültə dekan müavini Cavahirxanım Məmmədova, "İqtisadiyyat və işlətmə" kafedrasının müdiri, professor Nurhoca Akbulaev, kafedranın müəllimi Rəşid Sadıxov və tələbələr iştirak ediblər.
Seminar çərçivəsində qlobal iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, içməli suyun qorunması və ekoloji davranış mədəniyyətinin formalaşdırılması mövzularında müzakirələr aparılıb. Rəşid Sadıxov çıxışı zamanı suyun həyat üçün əvəzsiz resurs olduğunu vurğulayıb və təbii ehtiyatlardan düzgün istifadə ilə bağlı iştirakçılara tövsiyələr verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.