A

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən UNEC tələbələri mükafatlandırılıb.

Tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, AzEdu.az-ın baş redaktoru Ləman Novruzova və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər. 

Mükafatlandırma mərasimində Elşad Eyvazlı tələbələri təbrik edərək təhsil həyatlarında uğur arzulayıb:

"Layihənin əsas məqsədi tələbələr arasında sağlam rəqabət mühitinin formalaşmasına şərait yaratmaqdır. Bu, onların bilik və bacarıqlarını daha da inkişaf etdirməyə, fərdi potensiallarını ortaya qoymağa imkan verir. Eyni zamanda layihə abituriyentlər üçün də motivasiya mənbəyidir. Bu yolla həm tələbələr, həm də gələcək tələbə namizədləri arasında öyrənməyə, inkişaf etməyə maraq artırılır". 

AzEdu.az Təhsil Portalının baş redaktoru Ləman Novruzova qeyd edib ki, layihəyə ilkin mərhələdə 20 universitet qoşulmuşdusa, bu gün say 29-a çatıb:

“Brend tələbə” layihəsi AzEdu.az Təhsil Portalı tərəfindən artıq 3 ildir həyata keçirilir. Bu artım ali təhsil müəssisələrinin layihəyə və bizə olan etimadının göstəricisidir. Layihənin məqsədi tələbələr arasında sağlam rəqabət yaratmaq, onların uğurlarını ictimaiyyətə təqdim etməklə gəncləri daha fəal, məqsədyönlü və müasir düşüncəli olmağa təşviq etməkdir". 

Görüşdə tələbələr öz fəaliyyətlərindən və uğur qazanmağın sirlərindən söz açıblar. 

Sonra onlara təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib. 

2024-2025-ci tədris ili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin "Brend tələbə" adına layiq görülmüş gənclər aşağıdakılardır: 

Ağakişiyeva Firuzə Zaur qızı -Biznes və menecment fakültəsinin tələbəsi; 

Ələkbərova Aynur Mübariz qızı -Maliyyə və mühasibat fakültəsinin tələbəsi; 

Bəxtiyarlı Nəzifə Şəhriyar qızı - İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi; 

Ramazanov Emil Səbuhi oğlu - Mühəndislik fakültəsinin tələbəsi; 

Mirzəyev Həsən Taleh oğlu - Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbəsi; 

Ağayeva Sona Azər qızı - Türk dünyası iqtisadiyyat fakültəsinin tələbəsi; 

Şamilzadə Günay Ruslan qızı - Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsinin tələbəsi; 

Həmidov Marif Rauf oğlu -Rus İqtisad Məktəbi fakültəsinin tələbəsi; 

Ələkbərzadə Aysel Firudin qızı - UNEC Dizayn Məktəbi fakültəsinin tələbəsi; 

Oruclu Cavidan Möhübbət oğlu - SABAH Mərkəzinin tələbəsi.

TOP XƏBƏRLƏR