A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK)  “Gənclərin sağlam həyat tərzi” mövzusunda maarifləndirici seminar keçirilib.

Tədbirin məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, fiziki və mənəvi sağlamlığın qorunmasının vacibliyinin vurğulanması olub.

Seminarda fakültənin dekan müavini Cavahirxanım Məmmədova, “İqtisadiyyat və idarəetmə” kafedrasının baş müəllimi Nəriman Xanəhmədov, eləcə də fakültənin tələbələri iştirak ediblər.

Nəriman Xanəhmədov gənclərin sağlam həyat tərzinə üstünlük verməsinin əhəmiyyətindən bəhs edib. O, düzgün qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmağın gənclərin həm fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir etdiyini vurğulayıb.

Seminar iştirakçıları mövzu ilə bağlı fikir mübadiləsi aparıb, sağlam həyat tərzinin gənclərin gələcək inkişafına təsiri barədə suallarını səsləndiriblər.

TOP XƏBƏRLƏR