A

UNEC Dizayn Məktəbində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilmiş seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC Dizayn Məktəbi TEC-in sədri Nərminə Namazova 18 oktyabrın Azərbaycan xalqının tarixində qürur və iftixar günü kimi qeyd olunduğunu qeyd edib. O, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmizin öz müstəqilliyini bərpa etdiyini bildirib. 

Sonra UNEC Dizayn məktəbinin 720 qrup tələbəsi Leyla Əhmədova çıxışında dövlət müstəqilliyinin bərpasının Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün olduğunu, Azərbaycanın müstəqilliyinin ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildiyini bildirib.

Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay