UNEC-in Rus İqtisad Məktəbinin “Tətbiqi İqtisadiyyat” kafedrasının Beynəlxalq ticarət və logistika ixtisasının baş müəllimi, i.e.f.d. Nəzirə Hüseynova və fakültənin tələbəsi Nigar Məmmədzadənin təşkilatçılığı ilə tələbələri üçün “CCI Azerbaijan” şirkətinə ekskursiya təşkil olunub.
Ekskursiyada tələbələrə şirkətin tarixi, fəaliyyət istiqamətləri, filialları və karyera imkanları barədə ətraflı təqdimat təqdim olunub.
Səfər zamanı tələbələr “CCI Azerbaijan” zavodunun istehsal prosesini, məhsulların qablaşdırılması və saxlanması mərhələlərini yaxından izləyiblər. Onlar həmçinin ixtisasla əlaqəli olan “Supply Chain Management”, “Logistics” və “Marketing” şöbələrinin fəaliyyəti ilə tanış olublar.
Görüş həm ingilis, həm də rus dillərində aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.