UNEC Dizayn məktəbində “Korrupsiya ilə mübarizə yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC Dizayn məktəbinin “Dizayn” kafedrasının müdiri dos.Elfanə Qasımova tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq, vicdanlı davranış, loyallıq, insanların azadlıq və qanuni maraqlarına hörmət, korrupsiyanın qarşısının alınması və digər etik davranış qaydaları, bu prinsiplərə əməl olunması hər birimizin vəzifə borcumuz olduğunu bildirib.
UNEC Dizayn məktəbinin katibi, baş müəllim Aytən Ağayeva, “Dizayn” kafedrasının müəllimi Nərminə Namazova çıxış edərək korrupsiyanın neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri və s. məsələlərdən bəhs ediblər.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.