UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) Zəfər Gününün 5 illiyinə həsr olunmuş İqtisadiyyat Olimpiadası təşkil olunub.
29 oktyabr tarixində baş tutan tədbir UNEC ISE-nin 2-ci kurs tələbələri arasında İnnovativ Gənclər Təşkilatının dəstəyi ilə keçirilib.
Olimpiadanın əsas məqsədi tələbələrin iqtisadi biliklərini dərinləşdirmək, analitik düşünmə bacarıqlarını inkişaf etdirmək və sağlam rəqabət mühiti formalaşdırmaq olub. Yarışda iştirak edən komandalar müxtəlif iqtisadi sahələri əhatə edən suallara cavab verərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Ümumilikdə 5 komandanın iştirak etdiyi olimpiadada Veritas komandası qalib adını qazanıb. Komandanın üzvləri — Raul Axundov, Ülvi Həbibli, Milad Rzayev və Ramal Məmmədov göstərdikləri bilik və komanda işi ilə fərqləniblər.
Qalibləri təbrik edir, onlara təhsillərində və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!