A

UNEC Dizayn Məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş seminar keçirilib.

Tədbiri giriş sözü ilə UNEC Dizayn Məktəbinin direktoru, dosent Lalə Məmmədova açaraq bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq qələbə qazandı. Bu möhtəşəm qələbə nəticəsində ölkəmizin 30 ilə yaxın işğal altında qalan torpaqları azad edilib.

UNEC Dizayn Məktəbinin müəllimi, Tələbə Elmi Cəmiyyətinin sədri Nərminə Namazova çıxışı zamanı İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb olan hadisələrdən bəhs edib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinin, eləcə də düşünülmüş hərbi strategiyasının müharibənin gedişində həlledici rol oynadığını qeyd edib. Namazova vurğulayıb ki, məhz bu liderlik və xalq-ordu birliyi sayəsində erməni faşizminə sarsıdıcı zərbə endirildi.

Seminar iştirakçıları bildiriblər ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının birliyinin, gücünün və iradəsinin simvolu kimi tariximizə əbədi həkk olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay