A

Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) Ozymandias komandası tərəfindən Şanlı Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş “Xəmsə” milli intellektual oyunu keçirilib.

Tədbirin əsas məqsədi gənclər arasında intellektual bacarıqların inkişaf etdirilməsi, komanda ruhunun gücləndirilməsi və Zəfər Gününün mənəvi dəyərlərinin təbliği olub.

Yarışda müxtəlif ixtisasları təmsil edən 5 komanda iştirak edib və onlar 40-dan çox mövzu üzrə biliklərini sınayıblar. Gərgin və rəqabətli mübarizənin sonunda Beynəlxalq İqtisadiyyat Məktəbinin “Financium” komandası 10 000-dən çox xal toplayaraq qalib adını qazanıb.

Sonda qalib komandaya müxtəlif simvolik hədiyyələr təqdim olunub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay