A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı görüş keçirilib.

Tədbirdə Vətən müharibəsi iştirakçısı, qazimiz Xankişi Yusifov tələbələrlə görüşüb.

Görüşü fakültənin dekanı Mirağa Əhmədov açaraq, 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin əhəmiyyətindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərdən və qəhrəman Azərbaycan əsgərlərinin rəşadətindən danışıb.

Sonra Vətən müharibəsi qazisi Xankişi Yusifov iştirakçılara öz döyüş yolundan, iştirak etdiyi əməliyyatlardan, eləcə də şəhid olmuş silahdaşlarının göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs edib. O, tələbələrin suallarını cavablandıraraq onlara vətənpərvərlik ruhunda tövsiyələr verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay