A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsində Konstitusiya Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə fakültənin dekan müavini Ramal Cabbarov, “Humanitar fənlər” kafedrasının müəllimi Fidan Əliyeva və “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının ixtisas rəhbəri Təranə Əliyeva çıxış ediblər.

Çıxış edənlər 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyasının əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanması və qəbul edilməsində göstərdiyi tarixi xidmətlər vurğulanıb.

Qeyd olunub ki, müstəqil Azərbaycanın Əsas Qanunu demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm mərhələ olub və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində əsas hüquqi baza rolunu oynayır.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay