A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xarici Dillər Departamenti tərəfindən “Zəfərdən ilham alan nəsil” adlı tələbə konfransı keçirilib.

Zəfər Gününə həsr olunan tədbirin məqsədi tələbələrdə vətənpərvərlik ruhunu gücləndirmək, onların elmi-nitq bacarıqlarını inkişaf etdirmək və zəfər ideyasının gənc nəslin düşüncəsində daha dərindən yer almasına töhfə vermək olub.

Konfransı UNEC-in Tələbələrlə iş üzrə prorektoru, i.e.n., dosent Səadət Qəndilova açaraq, Zəfər Gününün Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi dəyər daşıdığını qeyd edib və çıxış edən gənclərə uğurlar arzulayıb. O, vurğulayıb ki, bu kimi tədbirlər tələbələrin analitik düşünmə qabiliyyətini və ictimai nitq bacarıqlarını inkişaf etdirməyə mühüm töhfə verir.

Tədbir çərçivəsində Xarici Dillər Departamentinin tələbələri Azərbaycan, İngilis, Rus və Türk dillərində məruzələrlə çıxış ediblər. Çıxışlarda Qarabağ Zəfərinin siyasi və tarixi aspektləri, post-müharibə dövründə gənclərin rolu, informasiya müharibəsində düzgün məlumatlandırmanın əhəmiyyəti və milli kimliyin qorunması kimi mövzular ətrafında müzakirələr aparılıb.

Fərqli dillərdə təqdim edilən çıxışlar konfransa həm elmi, həm də multikultural dəyər qazandırıb. Tələbələr qarşılıqlı fikir mübadiləsi apararaq bir-birinin çıxışlarına suallar ünvanlayıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay