“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Hafis Hacıyevin rəhbərliyi ilə fakültənin I kurs tələbələri Qarabağa səfər ediblər.
Səfər çərçivəsində tələbələr Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun məzarını, Ağdam Cümə məscidini, Əsgəran qalasını, Şuşa şəhərinin tarixi mərkəzini, Cıdır düzünü, İsa bulağını, Molla Pənah Vaqifin məqbərəsini, eləcə də Xankəndidə yerləşən Zəfər meydanını və Qarabağ Universitetini ziyarət ediblər.
Səfər iştirakçılarda Qarabağ Zəfərinin siyasi və mənəvi əhəmiyyətini daha dərindən dərk etmək, azad olunmuş torpaqların bərpası və dirçəlişi prosesini yaxından görmək imkanı yaradıb.