8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə UNEC Biznes Məktəbində “8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixində rolu və önəmi” mövzusunda tədbir keçirilib.
Tədbiri “Biznesin idarə edilməsi” kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Oruc Məmmədov təqdimatla çıxış edərək açıb. O, çıxışında 8 Noyabr Zəfər Gününün Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Oruc Məmmədov qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbə ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin edib, xalqımızın uzun illərdən bəri arzuladığı zəfəri reallığa çevirib.
Tədbir iştirakçıları Zəfər Gününün dövlətçilik tariximizdə oynadığı roldan, bu qələbənin gələcək nəsillər üçün milli qürur və vətənpərvərlik nümunəsi olmasından danışıblar.