A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi fənlərin tədrisinin təşkili Departamenti (ÜFTTD) ilə “Karyera planlaşdırılması və inkişafı” kafedrasının birgə təşkilatçılığı nəticəsində 18 Noyabr – Azərbaycanın Milli Dirçəliş Günü münasibətilə silsilə açıq dərslər və maarifləndirici görüşlər keçirilib.

Tədbirlərin məqsədi tələbələrdə milli kimlik və dövlətçilik ideyalarına sədaqətin, vətəndaşlıq məsuliyyəti və milli dəyərlərə hörmət hissinin gücləndirilməsi olub.

Dərslər çərçivəsində kafedranın müəllimləri Şəlalə Musayeva, Lalə Paşayeva və İsmayıl Məmmədov çıxış edərək Azərbaycanın müstəqillik tarixində 1988-ci il noyabr hadisələrinin rolu, xalqın azadlıq iradəsinin formalaşması və bu prosesin milli oyanışın başlanğıcı kimi əhəmiyyəti barədə danışıblar.

Açıq dərslər zamanı tələbələr müasir dövrdə milli dirçəliş ideyalarının təhsil, elm və iqtisadi inkişafda özünü necə göstərdiyi mövzusunda fikir mübadiləsi aparıblar. Müzakirələrdə tələbələrin fəallığı, tarixi faktlara marağı və analitik düşünmə bacarıqları xüsusi qeyd edilib.

Sonda tələbələrin Milli Dirçəliş Gününün tarixi və mənəvi əhəmiyyəti ilə bağlı hazırladıqları qısa çıxışlar dinlənilib və müzakirə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay