A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) 8 Noyabr - Zəfər Günü və Konstitusiya Günü münasibəti ilə açıq dərslər keçirilib.

İSE-nin müəllimi Çinarə Qəhrəmanova Zəfər Gününə həsr olunmuş açıq dərs zamanı 8 Noyabrın Azərbaycanın müasir tarixində qürur və şərəf səhifəsi olduğunu bildirib. O, 2020-ci ildə qazanılan tarixi qələbənin ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında mühüm rol oynadığını, xalqın birliyini, iradəsini və həmrəyliyini nümayiş etdirdiyini vurğulayıb.

“Humanitar fənlər” kafedrasının dosenti, t.ü.f.d. Cəmilə Həsənova isə “Konstitusiya və Suverenlik ili” mövzusunda açıq dərs keçib. O, çıxışı zamanı 1995-ci il 12 noyabr tarixində qəbul edilmiş Konstitusiyanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün əsas hüquqi baza yaratdığını qeyd edib. Konstitusiyada dövlət suverenliyi, ərazi bütövlüyü və vətəndaş hüquq və azadlıqları kimi fundamental prinsiplərin əks olunduğu diqqətə çatdırılıb.

Müəllimlər suverenliyin dövlətin daxili və xarici siyasətini müstəqil şəkildə müəyyən etmək və digər dövlətlərin təzyiqindən azad olmaq bacarığı olduğunu bildiriblər. Qeyd olunub ki, bu prinsip yalnız qanunvericilikdə deyil, həm də real həyatda təmin edilməlidir. Bu baxımdan, 2020-ci il Vətən Müharibəsi Zəfəri və 2023-cü ildə ölkənin suverenliyinin daha da güclənməsi mühüm nümunələr kimi göstərilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay