A

UNEC-in Karyera planlaşdırılması və inkişafı kafedrasının təşkilatçılığı ilə tələbələr üçün “Agile metodologiyası” mövzusunda maarifləndirici seminar keçirilib.

Tədbirin spikeri ABB-nin “Agile” ofisi direktor müavini Nərminə Seyfullayeva olub.

Seminarda çıxış edən Nərminə Seyfullayeva Agile yanaşmasının müasir biznes mühitində çevik qərarvermə, komanda əməkdaşlığının artırılması və iş proseslərinin optimallaşdırılmasındakı rolunu vurğulayıb. Spiker, həmçinin tələbələri Scrum və Kanban kimi geniş tətbiq olunan agile metodologiyalar, iterativ planlama, müştəri dəyəri əsasında məhsulun inkişafı və bu metodların real layihələrdə tətbiqi ilə bağlı praktiki nümunələrlə tanış edib.

Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb və interaktiv sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, UNEC-in Karyera planlaşdırılması və inkişafı kafedrası tələbələrin əmək bazarına daha hazırlıqlı çıxması, onların praktiki bacarıqlarının inkişafı və işəgötürənlərlə birbaşa ünsiyyət imkanlarının genişləndirilməsi məqsədilə mütəmadi olaraq görüşlər, seminarlar və təlimlər təşkil edir. Bu kimi tədbirlərin gələcəkdə də ardıcıl şəkildə keçirilməsi planlaşdırılır.

TOP XƏBƏRLƏR